RKO Pictures (Radio-Keith-Orpheum abbreviaturasından) — klassik Hollivudun beş böyük studiyası içərisində ən sonuncu açılmışı və dövriyyəsi baxımından ən kiçiyi olan studiya.
Şirkət 1928-ci ilin oktyabr ayında Cozef Kennedinin kinostudiyasının (Film Booking Office of America, qısaca FBO) və Keith-Albee-Orpheum kinoteatrlar şəbəkəsinin birləşməsi nəticəsində quruldu. Birləşdirmə təşəbbüskarı kimi Radio Corporation of America adlı korporasiyanın başçısı David Sarnoff çıxış etdi, onun sərəncamında səsli filmə olan patent var idi. Sarnoff bu yenilikçi texnologiyanı inkişaf etdirmək üçün studiyadan istifadə etməyi planlaşdırırdı.
RKO-nun film bazarında əsas oyunçu kimi nüfuzu yarı rəngli "Rio Rita" (1929) müziklı və gənc Selznikin prodüser olduğu 1933-cü il tarixli "Kinq Konq" macəra filmi ilə möhkəmləndi. 1930-1940-cı illərdə RKO-nun Amerika film bazarındakı payı 9-10% ətrafında dəyişirdi.